“Crystal Group of Companies” “Hammelmann” şirkətinin rəsmi tərəfdaşı seçilib

“Crystal group of Companies” Açıq tipli Səhmdar Cəmiyyəti ilə Almaniyanın məşhur “Hammelmann GmbH” şirkəti arasında birgə tərəfdaşlıq sahəsində razılığa gəlinib. Dünyanın yüksək təyziqli nasos bazarında aparıcı mövqeyə sahib olan Hammelmann şirkətinin məhsullarından və xidmətlərindən istifadə etmək Azərbaycanın yerli iş adamları üçün daha da asanlaşdı və əlçatan oldu. Hammelman GmBH şirkəti 70 ildir ki, yüksək təzyiqli nasoslar və tətbiqetmələr üçün texniki sistemlər istehsalında ixtisaslaşıb.

Müxtəlif sənaye sahələrində yüksək təzyiqli suyun istifadəsində müştərilərin qarşılaşa biləcəyi maneə hallarını “Hammelman GmBH” aradan qaldırmaqda yardımçınız ola bilər. Hammelmann sistemləri, nasos sistemlərinin korroziyadan qorunması sahəsində, beton təmirində və ya su jeti kəsilməsində də geniş istifadə olunur.
Mənzil qərargahı Almaniyanın Oelde şəhərindəki yerləşən şirkətin ABŞ, Avstraliya, İspaniya, Çin, Fransa, İsveçrə və digər 40 ölkədə yerləşən ofislərində çalışan 380 nəfərdən artıq təcrübəli mütəxxəsis göstərdikləri qlobal xidmətlərlə müştəri məmnuniyyətinin qazanılmasına zəmanət verir və artıq ölkəmizin yerli istehsalçıları da “Hammelman GmBH” xidmətlərindən yararlana biləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir