“Grystal Group of Companies” tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə dəstək

Ermənistan silahlı birləşmələrinin işğal etdikləri vətən torpaqlarının azad esilməsi uğrunda şiddətli və davamlı döyüşlər aparan şanlı Azərbaycan Ordusuna maddi və mənəvi dəstək vermək məqsədilə “Grystal Group of Companies” ASC tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 10 000 manat məbləğində pul köçürülüb.

Şirkətdən bildirilib ki, sosial məsuliyyətdən irəli gələn bu missiyanı yerinə yetirməkdən və şanlı ordumuzun yanında olmaqdan qürur duyurlar.