“Abşeron Tikinti – Təchizat” Məhdud Məsulliyyətli Cəmiyyət kimi 2019- cu ilin yanvar ayından etibarən fəaliyyətə başlayan şirkətimiz növbəti 2020- ci ildən “Crystal Group of Companies” Açıq tipli Səhimdar Cəmiyyəti olaraq fəaliyyətini davam etdirməkdədir. Açıq tipli Səhimdar Cəmiyyəti fəaliyyətə başladığı gündən etibarən qarşıya qoyduğu hədəflərə yetişmək üçün Azərbaycanın inşaat, sənaye, xidmət sektorlarında qoyduğu yatırım, həyata keçirdiyi işlərlə inkişaf etməyə və böyüməyə davam etməkdədir.
Fəaliyyət göstərdiyi sektorlarla bağlı dünyadakı yenilikləri təqib eləmək, yüksək keyfiyyət və xidmət prinsiplərini qorumaq şirkətimizin əsas vizyonudur.
Peşəkar və çalışqan komanda ilə “Crystal Group of Companies” ASC yerli bazarın dəyişən şərtlərinə və tələbatlarına görə öz strategiyasını müəyyənləşdirir.