Crystal Pen

Crystal Pen

pen-logo

      “PZ PEN” markası ilə uzuzn illərdir qapı – pəncərə sektorunda fəaliyyət göstərən şirkətimiz 2019-cu ildən etibarən “Crystal PEN” olaraq fəaliyyət göstərməktədir. Ən böyük şirkətlərin rəsmi nümayəndəsi kimi fəaliyyət göstərməklə yanaşı, şirkətimiz əsas diqqətini plastik konstuksiyaları üzrə dünya bazarının lideri “REHAU” Alman konserni ilə iş birliyində cəmləşdirib.

      Şirkətimizin müştəri siyasətinin əsas prioriteti məsuliyyət, dürüstlük və operativ xidmətdir. Sifarişinizi bizdə yerləşdirirsinizsə ölçünün, istehsalatın, çatdırılmasının və quraşdırılmasının 6-7 iş günü ərzidə yerinə yetirilməsində əmin ola bilərsiniz. Bundan sonra zəmanət 5 il qüvvədə olacaq. Hətta bu müddətdən sonra, biz Sizə professional servis xidmətləri təklif edirik.

REHAU | liNear - Gesellschaft für konstruktives Design mbH       Gözəl, səs keçirməyən və möhkəm «REHAU» plastik pəncərələri artıq çoxdan dəbdəbəli fasad bəzəyindən funksional zəruriyyətə çevirilibdir.

      Müasir keyfiyyətli pəncərələrin istehsalında istifadə edilən ən yaxşı material plastik, və ya qısaca olaraq PVC-dir.

      Plastik pəncərələr uzun illər ərzində öz forma və rəngini qoruyub saxlayırlar. Əgər bu cür pəncərələr düzgün şəkildə hazırlanarsa, Siz kəskin soyuq hava kütləsinin məkanlarınıza daxil olmasının nə olduğunu həmişəlik unudacaqsınız. Plastik material rütubəti keçirmir, isti günəş şüalarından qabarmır (əyilmir), sabit və möhkəmdir.
      Onlar küçə səs-küyündən, soyuqdan və isti günəş şualarından qoruyur, yanğın və səhiyyə standartlarına uyğundur. Belə pəncərələrə qulluq etmək çox asandır və heç bir xüsusi yuyucuya ehtiyac yoxdur. 

      Tədqiqatlar göstərmişdir ki, 70%-dan artıq istilik itkisi məhz köhnə pəncərələrin sıx olmayan (aralı, boş olan) hissələri vasitəsilə baş verir. Mənzilinizdə yeni plastik pəncərələri quraşdırarkən Siz yaranmış istiliyi dərhal hiss edəcəksiniz. Ekspertlərin məlumatına əsasən iki otaqlı mənzil üçün plastik pəncərələrinin dəsti orta hesabla istilik tələb olunan üç mövsümə görə çəkilən xərclərin əvəzini ödəyir – çünki kəskin şaxtalarda qızdırıcılardan istifadə etmək Sizə daha lazım olmayacaqdır.

      Yüksək keyfiyyətli Crystal Pen profillərindən hazırlanan pəncərələrin rənglənməyə və ya istənilən digər xüsusi qulluğa ehtiyacı yoxdur. Öz plastik resepturasında Crystal Pen Sizin pəncərələrinizin səthinin uzun illər ərzində ağappağ qalacağına zəmanət verən ən yaxşı optik stabilizatorlarından istifadə edir. 

      Crystal Pen şirkətinin əsas fəaliyyəti: plastik qapı-pəncərələrin, yamacların, jalyuzların, eyvanların, lodjiyaların, qış bağçalarının, həşəratlara qarşı torların istehsalı, satışı və quraşdırılmasıdır. Biz tam xidmət kompleksi təklif edirik: dəqiq ölçünün götürülməsi, ehtiyatlı çatdırılması, plastik konstruksiyanın quraşdırması, təmiri və servisi. Bunlar bütün işlərin vasitəçilər olmadan həyata keçirməsinə imkan verir. Siz vaxtınıza və pulunuza qənaət edərək, xidmətlərin tam və yüksək keyfiyyətlı olmasında əmin ola bilərsiz. Biz hər bir müştəriyə fərdi yanaşaraq, onun ən cəsarətli fantaziyalarını həyata keçirmək üçün çalışırıq. Sizin istəylərinizi və qarşımızda qoyulan məqsədləri nəzərə alaraq bizim komanda sifarişinizin Sizə ən sərfəli variantlarını tapmağa köməklik göstərəcək. Onun icrası zamanı biz illərlə yığılmış təcrübə və biliylərimizdən istifadə edirik. 

TAMAMLANMIŞ LAYİHƏLƏR

2018
DAİM
2018
2018
KRİSTAL ABŞERON
2018
2018
KRİSTAL ABŞERON
2018
2019
DAİM
2019