PZ Pen plastik və alüminium qapı-pəncərə sistemləri “gobu park” yaşayış kompleksini tamamladı.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 24-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün Gobu Park yaşayış kompleksinin açılışında iştirak etdilər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dövlət başçısına kompleksdə görülən işlər barədə məlumat verdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin ərazisində yaradılan şəraitlə tanış oldular.