İnşaat müəssisələrinə, hüquqi və fiziki şəxslərə yüksək keyfiyyətli beton verilməsi üçün Binəqədidə beton zavodunun qurulması ilə yola çıxdıq və sonralar artan tələbatı qarşılamaq məqsədilə beton müəssisələrinin sayı artırılıb və “Crystal Beton” adı altında birləşdirilib.
Şirkətimiz 18 il ərzində, sadəcə plastik, alüminium qapı pəncərələrin istehsalı və satışı ilə deyil, eləcə də minlərlə mənzillərin, ofislərin rahatlığının, istiliyinin və sakitliyinin təmin edilməsi ilə məşğuldur.
“Crystal Mebel-İnteryer” MMC 2009-ci ildən etibarən fəaliyyət göstərməyə başlayıb. Mebel bazarında qısa dövr ərzində öz üslubu ilə seçilən “Crystal Mebel-Interyer” insanların zövq və istəklərinə cavab verən mebel nümunələri istehsal edir. Şirkətimiz mebel istehsalında ən son texnologiyalardan istifadə edir və mükəmməl yanaşmaların tətbiqinə nail olur.
2018-ci ildə yaradılan “Crystal İnşaat” Açıq Səhmdar Cəmiyyəti qısa müddət ərzində tərəfdaşların inam və etimadını qazanıb. Ölkə rəhbərliyinin çağırışlarına qoşulan şirkətimiz peşəkar inşaat komandası işğaldan azad edilmiş ərazilərin bərpa- yenidənqurma və tikinti işlərində fəal surətdə iştirak edir. “Crystal İnşaat” Zəngilan Beynəlxalq Hava Limanına çəkilən avtomobil yolunun inşasında, eləcə də Horadiz- Cəbrayıl-Zəngilan- Ağbənd avtomobil yolu layihəsinin icrasında podratçı şirkətlərdən biri kimi iştirak edib.
Uzun illərdir ki, ölkəmizin tikinti-inşaat sektoruna verdiyi dəyərli töhfələrlə qabaqcıl mövqelərə yüksəlmiş “Crystal Group of Companies” ailəsi üçün 2023-cü il daha bir uğurlu nəticə ilə yadda qaldı. “Crystal Profil” MMC-nin qurulması ölkəmizdə PVC pəncərə profillərinə artan tələbatı qarşılamaq zərurətindən irəli gəlmişdir.
Uzun illərdir ki, ölkəmizin tikinti-inşaat sektoruna ciddi töhfələr verən və texnoloji yeniliklər gətirən “Crystal Group of Companies” şirkəti yadda qalan uğurlara imza atmaqdadır. Ölkəmizin biznes mühitində öncül mövqelərdə dayanan şirkətimiz gündən- günə böyüyür və şaxələnir. Yola salmağa hazırlaşdığımız 2023-cü ildə yaradılan, Crystal ailəsinin yeni üzvünü, “Crystal Qum-Çınqıl” MMC- ni bu inkişafın daha bir bariz nümunəsi kimi göstərmək olar.