Skip links

Crystal İnşaat

 

Haqqımızda

2018-ci ildə təsis edilən “Crystal İnşaat” ASC fəaliyyət göstərdiyi illər ərzində ölkəmizin tikinti-inşaat sektorunda inamla qabaqcıl mövqelərə sahib olmaqdadır. Ölkənin müxtəlif istiqamətlərinə şaxələnmiş “Crystal İnşaat” ASC tikinti işlərinin keyfiyyəti və etibarlığı baxımından fərqlənən möhtəşəm layihələrə imza atmaqdadır.

Uğurlu iş təcrübəsi, peşəkar kadrları və üstün  iş keyfiyyətləri ilə “Crystal İnşaat” ASC ölkəmizin tikinti sektorunda daim irəliləməkdə və yeni tərəfdaşlar qazanmaqdadır.

Dürüstlüyü və Keyfiyyəti əsas şüara çevirən şirkətimiz son zamanlarda Zəngilan Beynəlxalq Hava Limanının tikintisinə və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu tikintisinə öz töhfəsini vermiş və bu gün də müxtəlif bölgələrdə  tikinti layihələrinə cəlb olunmaqdadır.

Dünyada dəyişən tələbatlar, inkişaf edən texnologiyalar inşaat fəaliyyətimizi daim yenidən qurmağa səsləyir. Bunlara nail olmaq üçün şirkətimiz bir qayda olaraq inşaatın müasir metodlarını öyrənir, modern standartlara yiyələnir və fəaliyyətində tətbiq edir.

Missiyamız

Fəaliyyət göstərdiyi qısa müddət ərzində ölkə əhəmiyyətli böyük tikinti layihələrində yer alan şirkətimiz yüksək ixtisaslı kadrların təmsil olunduğu peşəkar komanda ilə innovativ inkişaf yolu ilə irəliləyir. Tərəfdaşların etimadını doğrultmaq  və nəhayətdə dəyər yaratmaq üçün işimizdə müasir inşaatda tətbiq edilən bütün yeniliklərdən bəhrələnirik.

Hədəfimiz

Yeniliklərə daim açıq olan “Crystal İnşaat” ölkənin tikinti sektorunda iri layihələrə imza atmaqdadır. Əsas prioritet  iş tərəfdaşlarının etimadını doğrultmaq və sifariş verilən layihələri vaxtında tamamlamaqdan ibarətdir. Şirkət eyni zamanda inşaat sahəsində innovativ texnologiyaları yaxından təqib edərək layihələndirmədə və inşaat mərhələsində uğurla həyata keçirməyi hədəfləyir.