Skip links

Crystal Qum-Çınqıl

 

Haqqımızda

Uzun illərdir ki, ölkəmizin tikinti-inşaat sektoruna ciddi töhfələr verən və texnoloji yeniliklər gətirən  “Crystal Group of Companies” şirkəti yadda qalan uğurlara imza atmaqdadır. Ölkəmizin biznes mühitində öncül mövqelərdə dayanan şirkətimiz gündən- günə böyüyür və şaxələnir. Yola salmağa hazırlaşdığımız 2023-cü ildə yaradılan, Crystal ailəsinin yeni üzvünü, “Crystal Qum-Çınqıl” MMC- ni bu inkişafın  daha bir bariz nümunəsi kimi göstərmək olar.

“Crystal Qum-Çınqıl” MMC- nin ilk çınqıl karxanası Quba rayonunda, Qudyalçay yatağında, 20 hektarı əhatə edən sahədə fəaliyyətə başlayıb. Bununla da keyfiyyətli resurslara çıxış əldə edən müəssisəmiz uğurlu çınqıl biznesinə təsir edə biləcək əsas amil kimi ən müasir texniki avadanlıqlardan istifadə edəcək. Güclü infrastrukturun yaradılması məqsədilə müəssisəmizdə Amerika Birləşmiş Ştatlarının məşhur TEREX şirkətinin istehsalı olan çınqıl ələyi və dolabları quraşdırılıb. Digər istehsal avadanlıqları- dolablar, konuslar, ələk və dikmillilər isə Türkiyənin Pi Makina şirkətinin istehsalıdır. Dünya brendi olan bu avadanlıqların və müasir texnologiyanın quraşdırlıması çınqıl istehsalının səmərəli, etibarlı və sürətli olmasına təminat verəcək, emal-çeşidləmə proseslərini asanlaşdıracaq və bununla da potensial müştərilərin diqqətini cəlb edəcək.

Missiyamız

İşçilərimizlə fərq yaradaraq maraqlı tərəflərin gözləntilərini və ehtiyaclarını davamlı şəkildə qarşılamaq və müştərilərimizlə birlikdə davamlı rəqabət gücümüzü inkişaf etdirmək üçün; Dəyər yaradan, yüksək keyfiyyətli, yaradıcı və etibarlı məhsullar, texniki və iqtisadi həllər, xidmətlər yaratmaq və təqdim etmək.

Hədəfimiz

Yeni müəssisənin açılmasında əsas hədəflərdən biri, yüksək keyfiyyətli qum, çınqıl materialları istehsal edərək tikinti obyektlərinə, yol tikintisi ilə məşğul olan iş adamlarına, beton istehsalatı ilə məşğul olan müəssisələrə, fiziki və hüquqi şəxslərə satışını təşkil etməkdən ibarətdir. Əsas vəzifə isə, mədən işlərini həyata keçirərkən təbiətin bərpası üçün  ekoloji standartlara ciddi şəkildə əməl etməklə ekoloji məsuliyyət prinsiplərinə sadiqlik nümayiş etdirməkdir.