Skip links

Korporativ Tariximiz

 

2002
Crystal Beton

İnşaat müəssisələrinə, hüquqi və fiziki şəxslərə yüksək keyfiyyətli beton verilməsi  üçün Binəqədidə beton zavodunun qurulması ilə yola çıxdıq və sonralar artan tələbatı qarşılamaq məqsədilə beton müəssisələrinin sayı artırılıb və “Crystal Beton” adı altında birləşdirilib.

2004
Crystal Pen

Şirkətimiz 18 il ərzində, sadəcə plastik, alüminium qapı pəncərələrin istehsalı və satışı ilə deyil, eləcə də minlərlə mənzillərin, ofislərin rahatlığının, istiliyinin və sakitliyinin təmin edilməsi ilə məşğuldur.

2009
Crystal Mebel-Interyer

“Crystal Mebel-İnteryer” MMC 2009-ci ildən etibarən fəaliyyət göstərməyə başlayıb. Mebel bazarında qısa dövr ərzində öz üslubu ilə seçilən “Crystal Mebel-Interyer” insanların zövq və istəklərinə cavab verən mebel nümunələri istehsal edir. Şirkətimiz mebel istehsalında ən son texnologiyalardan istifadə edir və mükəmməl yanaşmaların tətbiqinə nail olur.

2018
Crystal İnşaat

2018-ci ildə yaradılan “Crystal İnşaat” Açıq Səhmdar Cəmiyyəti qısa müddət ərzində tərəfdaşların inam və etimadını qazanıb. Ölkə rəhbərliyinin çağırışlarına qoşulan şirkətimiz peşəkar inşaat komandası işğaldan azad edilmiş ərazilərin bərpa- yenidənqurma və tikinti işlərində fəal surətdə iştirak edir. “Crystal İnşaat” Zəngilan Beynəlxalq Hava Limanına çəkilən avtomobil yolunun inşasında, eləcə də Horadiz- Cəbrayıl-Zəngilan- Ağbənd avtomobil yolu layihəsinin icrasında podratçı şirkətlərdən biri kimi iştirak edib.

1997
Crystal Nəqliyyat

Uzun illərdən bəri fəaliyyət göstərən, 2021-ci ci ildə isə “Crystal Nəqliyyat” Qapalı Səhmdar Cəmiyyəti adını alan şirkətimiz ölkə əhəmiyyətli bir çox layihələrdə yaxından iştirak edib.Şirkətin təmiz və səliqəli maşın parkı, ölkənin ən müxtəlif bölgələrində çalışan ağır texnikaları var. İstənilən layihənin icrasına peşəkar yanaşmamız, tapşırılan layihələri dürüst icra etməyimiz hər zaman üstün mövqelərdə olmağımıza şərait yaradıb.
2023
Crystal Profil

Uzun illərdir ki, ölkəmizin tikinti-inşaat sektoruna verdiyi dəyərli töhfələrlə qabaqcıl mövqelərə yüksəlmiş  “Crystal Group of Companies” ailəsi üçün 2023-cü il daha bir uğurlu nəticə ilə yadda qaldı.   “Crystal Profil” MMC-nin qurulması ölkəmizdə PVC pəncərə profillərinə artan tələbatı qarşılamaq zərurətindən irəli gəlmişdir.  

2023
Crystal Qum-Çınqıl

Uzun illərdir ki, ölkəmizin tikinti-inşaat sektoruna ciddi töhfələr verən və texnoloji yeniliklər gətirən  “Crystal Group of Companies” şirkəti yadda qalan uğurlara imza atmaqdadır. Ölkəmizin biznes mühitində öncül mövqelərdə dayanan şirkətimiz gündən- günə böyüyür və şaxələnir. Yola salmağa hazırlaşdığımız 2023-cü ildə yaradılan, Crystal ailəsinin yeni üzvünü, “Crystal Qum-Çınqıl” MMC- ni bu inkişafın  daha bir bariz nümunəsi kimi göstərmək olar.