Skip links

Crystal Nəqliyyat

 

Haqqımızda

“Crystal Nəqliyyat” QSC fəaliyyət göstərdiyi illər ərzində peşəkar komanda, ixtisaslı kadrların səmərəli işi nəticəsində xeyli böyüyərək  daim tərəfdaşlarının inamını hiss etmişdir. Bu gün ölkə əhəmiyyətli bir çox layihələrdə öz sözünü deyən şirkətin təmiz və səliqəli maşın parkı, ölkənin ən müxtəlif bölgələrində çalışan ağır texnikaları var . Nəqliyyat xidmətini uğurla təşkil edən “Crystal Nəqliyyat ” müxtəlif layihələrin icra olunması üçün mütəmadi sifarişlər alır. Azərbaycanın bir çox rayonlarında icra olunan layihələrində uğurla iştirak etmişdir.

Ən müxtəlif texnika və avtomobilləri əhatə edən, çoxlu sayda nəqliyyat vasitəsinə sahib olan şirkətimiz xidmət səviyyəsini peşəkar səviyyədə qurmaqla ölkəmizin tikinti sektorunda qabaqcıl mövqeyini qoruyub saxlamaqdadır. İcarə qiymətlərinin sabitliyinə daimi nəzarət, texnikanın saz və işlək vəziyyətdə saxlanılması, tərəfdaşlarımız üçün vaxt və vəsait itkisinin qarşısının alınması bizim əsas fəaliyyət prinsipimizdir.

Dövlət əhəmiyyətli nəhəng tikinti meydanlarına “Crystal Nəqliyyat”ın da cəlb edilməsi şirkətimiz üçün qürurvericidir və bizi daim məsuliyyətli və çevik olmağa səsləyir.

Missiyamız

“Crystal Nəqliyyat” xidmət göstərdiyi ən  müxtəlif tikinti sahələrində özünə olan inam və etimadı durmadan yüksəltməyə çalışır. Bu inamın dayanıqlı olması və tərəfdaşlarımızın məmnuniyyəti bizim üçün əsas prioritet vəzifələrdən biridir. Ölkəmizin nəqliyyat sistemində müasir texnoloji nailiyyətlərdən istifadə etməklə innovativ qərarlar qəbul edirik.

Hədəfimiz

Fəaliyyətə göstərdiyi illər ərzində ölkə əhəmiyyətli iri inşaat layihələrində iştirak edən “Crystal Nəqliyyat” durmadan ölkə ərazisində xidmət coğrafiyasını genişləndirməyi planlaşdırır. Böyük maşın parkı, peşəkar komanda və müasir innovasiyalara yiyələnməyimiz qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirməyə imkan verir və  tərəfdaşlarımızın etimadını doğrultmağa hesablanıb.