Skip links

Crystal Mebel-İnteryer

 

Korporativ Tariximiz

2009-ci ildən fəaliyyət göstərməyə başlayan “Crystal Mebel-Interyer” şirkəti  ilk günlərdən ölkəmizin mebel bazarında xüsusi dəst-xətti ilə seçilib. Ötən illər ərzində müştərilərin və daimi tərəfdaşların zövqünü oxşayan, alıcıların istək və tələblərinə cavab verən mebel nümunələri istehsal edən şirkət istehsal prosesində ən son texnologiyalardan istifadə edir və mükəmməl ornament tətbiqlərinə nail olur.

Haqqımızda

2023-cü il şirkət üçün mükəmməl uğurlar ili kimi yadda qalacaq.  “Crystal Mebel-İnteryer” adı alan, Armarium markası ilə və  Azərbaycan Türkiyə birgə müəssisəsi kimi yenidən ciddi layihələrə imza atan şirkət böyük hədəflərə çatmaq üçün mebel istehsalında ən son texnologiyalardan bəhrələnməyə başlamışdır. Artıq xeyli vaxtdır ki, şirkətin Xırdalanda yerləşən mebel fabrikində Almaniya, İtaliya və Türkiyə istehsalı olan dəzgah və makinalardan istifadə edilir. Buraya avtomatlaşdırılmış maşınlar, kompüter prosesinə nəzarət, müxtəlif materialların emal üsulları daxildir. Daha bir  üstünlük isə ondan ibarətdir ki, “Crystal Mebel-İnteryer” şirkəti müştərilərin tələb və ehtiyacları əsasında fərdi qapı və mebel dizaynları yaratmağa kömək edən dizayn xidmətləri təklif etməkdədir.

“Crystal Mebel-İnteryer” şirkəti bu gün dünyanın ən modern modellərinin istehsalını asanlıqla həyata keçirir. Qabaqcıl istehsal texnologiyaları və təcrübəli ustalar komandası  ən cəsarətli dizayn ideyalarını icra etməyə imkan verir.  Məhsullarıın davamlılığını və möhkəmliyini təmin etmək üçün yalnız yüksək keyfiyyətli materiallardan və komponentlərdən istifadə edilir.

“Crystal Mebel-İnteryer” şirkəti  yüksək keyfiyyət, innovativ dizayn və üstün funksionallığı birləşdirən aparıcı mebel istehsalçısıdır. Şirkət artıq ən tələbkar müştərilərin ehtiyaclarını nəzərə alaraq klassikdən müasirə qədər geniş çeşiddə mebel məhsullarının yaradılmasında ixtisaslaşıb.

“Crystal Mebel-İnteryer” şirkəti təkcə mebel istehsalçısı deyil, həm də eviniz, ofisiniz və ya hər hansı digər məkanınız üçün rahat və dəbli interyer yaratmağa kömək etməyə hazır olan tərəfdaşdır. Məqsəd ən yüksək standartlara cavab verən keyfiyyətli mebellər vasitəsilə müştərilərimizin həyatını rahat və estetik cəhətdən xoş etməkdir.

Missiyamız

Mebel sifarişçilərinin gözləntilərini davamlı şəkildə qarşılamaq üçün işimizdə keyfiyyəti və sabit qiymət siyasətini qorumaq. Yaradıcılıq mədəniyyətini tətbiq eləməklə məhsullarımızda yüksək fərq yaratmaq.

Hədəfimiz

Mebel sənayesində tətbiq edilən innovativ modern təmayülləri fəaliyyətimizdə  uğurla təşviq edərək müştərilərin etimadını doğrultmaq, ölkə üzrə “Crystal Mebel-İnteryer”-in istehsal və satış coğrafiyasını genişləndirmək.