Skip links

Crystal Pen

 

Haqqımızda

“Crystal Pen” ASC yarandığı 2004-cü ildən indiyədək fəaliyyətində  qabaqcıl istehsal texnologiyalarını uğurla tətbiq edərək çeşid bolluğuna və dayanıqlı keyfiyyət sisteminə nail olmuşdur. Plastik qapı və pəncərə sistemləri, şüşə fasad sistemləri, şüşə arakəsmələr, perqolalar və izosistemlər hazırlayan və alüminium sistemləri istehsal edən fabrikimiz müştəri məmnuniyyətini artırmaq üçün durmadan çalışır. Daim inkişafda olan paytaxt Bakı şəhəri ilə yanaşı bölgələrdən də ən müxtəlif səpkili sifarişlər alırıq və bizə müraciət edən vətəndaşlara peşəkar xidmət göstəririk. Bunlarla yanaşı “Crystal Pen” ölkə əhəmiyyətli müxtəlif layihələrdə də iş alıb və qabaqcıl mövqeyini qoruyub saxlayıb.  

İstilik və səs izolyasiyasını ön plana alaraq istehsal edilmiş plastik qapı və pəncərənin istifadəsi, qənaət mövzusunda edilə biləcək ən əhəmiyyətli addımdır. Qapı və ya pəncərə sistemlərini quraşdıracağımız ev, mənzil və ya iş yerlərinə mütəxxəsis baxışı keçirilməsi və ön planlama aparılması fəaliyyətimizin vacib istiqamətlərindən biridir. Bu baxış əsnasında pəncərə və ya qapı taxılacaq məkan quruluşunun yerləşmə vəziyyəti, külək yükləri, aldığı yağış suyu miqdarı kimi məlumatlar hesablanaraq plastik qapı və pəncərələrin bütün xarici təsir faktorları nəzərə alınmaqla qiymətləndirilir. Əsas istədiyimiz odur ki, müştərilərimiz və daimi tərəfdaşlarımız fəaliyyətimizdən razı qalsınlar. Bu razılıq həm də “Crystal PEN” üçün peşə mədəniyyəti və ortaq dəyərlər sistemi deməkdir.

Missiyamız

2004-cü ildən fəaliyyət göstərdiyi illər ərzində müştərilərini etibarlı qapı-pəncərə sistemi ilə sevindirən “Crystal PEN” məsuliyyəti, keyfiyyəti və dürüstlüyü özünün prioritetinə çevirərək müştəri rahatlığını əsas funksional zərurət kimi görür. İşlərin icrası müasir materiallardan istifadə etməklə müvafiq və bahalı alətlərlə həyata keçirilir.

Hədəfimiz

Hər bir müştərinin istəyinə fərdi yanaşan “Crystal PEN”- in yüksək ixtisaslı komandası kompleks şəkildə göstərdiyi servis xidmətləri daha da genişləndirməyi hədəfləyir. Müştəri və tərəfdaşlarımızın işimizin keyfiyyətli olmasından əmin olmalarını gücləndirmək üçün xidmət servisinin daha da yüksəldilməsi prioritet hədəflərimizdən biridir.