Skip links

Crystal Beton

 

Haqqımızda

Şirkətimiz beton istehsalı sahəsində respublikanın aparıcı və qabaqcıl şirkətlərindən biri kimi  müştərilərinə yüksək keyfiyyətli və beynəlxalq staandartlara cavab verən beton və beton məmulatları təqdim edir. İnşaat işləri sahəsində ixtisaslaşan  “Crystal Beton” QSC beton məhsulları zavodu kimi 2002-ci ildən fəaliyyətə başlayıb.

Daim modernləşməyə açıq olan qabaqcıl iş metodlarını və texnologiyanı durmadan mənimsəyən şirkətimiz təlim keçmiş heyəti, müasir cihazlarla təchiz olunmuş laboratoriyası  və maşın parkı ilə hər cür infrastruktur işlərini qısa müddətdə tamamlayır.

Şirkətimiz qurulduğu zamandan bu yana qazandığı uğurlara və keyfiyyətli beton istehsalına görə, çalışdığı sektorda yaratdığı iş dəyərlərinə və  peşəkar komandaya borcludur.

Missiyamız

Beton istehsalında qabaqcıl texnologiyanın həlli yollarının daha geniş tətbiqinə nail olmaq və ortaya qoyduğumuz keyfiyyət standartlarını qorumaqla  səmərəli nəticələr əldə eləmək.

Tərəfdaşlarımızın və müştərilərimizin bizə olan yüksək etimadını doğrultmaq üçün istehsal fəaliyyətimizdə kreativ yanaşmanı və yaradıcılıq mədəniyyətini təşviq eləmək.

Hədəfimiz

Müştəri məmnuniyyətini bir qayda olaraq ön planda tutmaq, verilən sifarişlərin dəqiq və zamanında icrasına nail olmaq. Etibarlı, möhkəm, əlavə xidmət tələb etməyən tikinti materialı sayılan beton istehsalında  üst standartların tətbiqini genişləndirmək.

İşlərimiz

Yeni Azərbaycan Partiyasının yeni inzibati binası

Tərəfdaşlarımız