Uzun illərdən bəri fəaliyyət göstərən şirkətimiz yeni adı ilə müştərilərinə yüksək keyfiyyətli və hər cür tələblərə cavab verən tikinti məhsulları təqdim etməkdə davam edir. “Crystal Beton” məhsulları zavodu 2004-ci ildən fəaliyyətə başlamışdır.
11 ədəd istehsal zavodularımız 1 ədəd Sumqayıt, 7 ədəd Bakı şəhəri, 1 ədəd Goranboy, 1 ədəd Yevlax, 1 ədəd Şamaxı rayonlarında yerləşir. Zavodlarımızdünyanın ən aparıcı şirkətlərinin son texnologiyaları əsasında qurulub.
Şirkətin bir nömrəli devizi sürət, keyfiyyət və zəmanətdir. Bu istiqamətdə şirkətimizin əsas missiyası – müştərilərimiz üçün müasir texnologiyalara əsaslanan keyfiyyətli məhsulların vaxtında və ən münasib şərtlərlə təqdim edilməsi üçün etibarlı, gəlirli bir şirkət olmaqdır. Beton çatdırılma günün bütün saatlarında təmin edilir. Crystal Beton Azərbaycanın bina və qurğu tikintisi sahəsində böyük uğur qazandırmış və ən nüfuzlu adların müraciət ünvanına çevrilərək, özünə etibarlı müştəri bazası qura bilmişdir.