“Crystal Group of Companies” ASC-nin Korporativ Sosial Məsuliyyət prinsipləri.
Hər zaman fəaliyyətində sosial layihələrə geniş yer ayıran “Crystal Group of Companies” ASC Korporativ Sosial Məsuliyyətin vacibliyini yetərincə dərk edir və bu prioritet xəttin cəmiyyət üzvləri ilə münasibətdə önə çıxmasına çalışır. Şirkətlərimiz üçün Korporativ Sosial Məsuliyyət uzun müddətli əlavə iş perspektivinə çevrilib. “Crystal Group of Companies” ASC dəfələrlə bu prinsiplərin cəmiyyət üzvləri arasında yüksək dəyərlərin geniş yayılması baxımından vacibliyini bəyan edir və əməli fəaliyyəti ilə bir nümunə göstərməyə çalışır. İstənilən bir şirkətin cəmiyyət qarşısında müəyyən öhdəliklərinin olması vacib amildir. İnkişaf eləmiş dövlətlərin də təcrübəsi göstərir ki, Korporativ Sosial Məsuliyyət şirkətlərin və sahibkarların həyatında ortaya çıxan problemlərin həllində mühüm rol oynayan etik və mənəvi prinsiplər məcmusuna çevrilib. Bu prinsiplər eyni zamanda cəmiyyətin həyat şəraitini yaxşılaşdırmaq üçün cəmiyyət üzvləri ilə birgə iqtisadi, ekoloji, mədəni və ictimai inkişafa dəstək verməyi nəzərdə tutur. Məhz bu prinsipləri mütəmadi olaraq əldə rəhbər tutan şirkətlərimiz dəfələrlə mənəvi baxımdan üzərinə bir sıra öhdəliklər götürərək bir sıra sosial layihələrin uğurla həyata keçirilməsini təmin edib.
“Crystal Group of Companies” ASC fəaliyyətini genişləndirdiyi son illər ərzində mərhəmətlilik və humanistlik prinsiplərinə söykənərək müxtəlif xeyriyyə tədbirlərinə imza atıb.
COVID pandemiyası davam edən dövrlərdə “Crystal Group of Companies” ASC aztəminatlı insanlara dəfələrlə ərzaq yardımı göstərmiş və bu yardımların göstərilməsi bu gün də davam etməkdədir.
Daha sonra demək lazımdır ki, 44 günlük Vətən Müharibəsi davam edən günlərdə və sonrakı zamanlarda şirkətlərimiz dəfələrlər Şəhidlərimizin və Qazilərin qapısını açaraq onların qayğılarına və məişət problemlərinə yardımçı olub.
2020-ci ildə II Qarabağ Müharibəsindən sonra “Crystal Group of Companies” ASC vətənimizi erməni işğalından azad edən ordumuzun və əsgərlərimizin yanında olmaqdan qürur duyaraq və Silahlı Qüvvələrə Yardım fonduna 10 000 manat yardım edib. Sonrakı dövrlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək vermək məqsədilə “Yaşat Fondu”na 10 000 manat pul vəsaiti köçürüb və bu yardımlar davam etməkdədir.
2020-2022 ci illər ərzində şirkətlər qrupumuz Saray qəsəbəsində yerləşən 7 saylı fiziki və əqli qüsurlu internat evinə xüsusi qayğı ilə yanaşaraq ərzaq yardımı və Müqəddəs Qurban Bayramı günlərində qurban əti payı aparıb.
DOST mərkəzində qeydiyyatda olan aztəminatlı vətəndaşlara da xüsusi həssaslıqla yanaşmaq mütəmadi olaraq diqqətimizdə olub. DOST mərkəzində qeydiyyatda olan 70 nəfər aztəminatlı, tənha kimsəsiz vətəndaşlara 2 dəfə Müqəddəs Qurban bayramı ərəfəsində qurban payı tərəfimizdən verilmiş, 2 dəfə də Ramazan Bayramı günlərində həmin vətəndaşlara zəruri ərzaq məhsullarından ibarət yardım göstərilib.
“Crystal Group of Companies” ASC rəhbərliyinin yardım təşəbbüsləri bunlarla kifayətlənməyib. İki dəfə Yevlax şəhərində xeyriyyəçilik aksiyaları keçirilib, Vətən Müharibəsi şəhidlərinin ailələrinə və qazilərə, eləcə də aztəminatlı Yevlax şəhər sakinlərində 700-ə yaxın ərzaq payı və Müqəddəs Qurban Bayramı zamanı qurban payı tərəfimizdən aparılıb.
“Crystal Group of Companies” ASC Azərbaycan cəmiyyətində formalaşmaqda olan xeyriyyəçilik və yardımsevərlik ənənənlərini yüksək dəyərləndirir və öz fəaliyyətində mərhəmət prinsiplərini əldə rəhbər tutur.