Skip links

Crystal Group rəhbərliyi “Çin- Mərkəzi Asiya Şəhərsalma və Arxitektura üzrə seminar”-da iştirak edib!

24-28 iyun tarixlərində Çin Xalq Respublikasının Urumçi şəhərində Çin- Mərkəzi Asiya Şəhərsalma və Arxitektura üzrə Seminarı keçirilib.
Tədbirdə Mərkəzi Asiya ölkələri olan Özbəkistan, Qazaxıstan, Tacikistan nümayəndələri ilə bərabər Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA)-nın rəhbərliyi də iştirak ediblər.
Tədbir zamanı beynəlxalq ictimaiyyət, tədbir iştirakçıları Azərbaycan tikinti sektorunda baş verən yeniliklərlə məlumatlandırılıb.
Tədbirdə iştirak edən ATİA- nümayəndələri Urumçi şəhərində təşkil edilən Çin- Avrasiya sərgisində də iştirak ediblər.
Beynəlxalq əlaqələrin yaradılması və inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən seminarda Crystal Group of Companies ASC-nin Müşahidə Şurasının sədri Pərviz Vəliyev də iştirak edib.

@parviz__valiyev
@crystal_group_of_companies
@atia_az.az
@ideabaku
@parkcity.az
@adarabaku

Leave a comment