Azərbaycanın aparıcı tikinti şirkətlərindən biri olan “Kristal Abşeron” 31 may tarixində “Gülüstan” sarayında keçirilən rebrendinq tədbirində yeni loqotipini və brend kimliyini ictimaiyyətə təqdim edib. Şirkət bundan sonra “Kristal” adı ilə fəaliyyətini davam etdirəcəyini elan edib.
Tikinti sektorunda etibarlılıq, dürüstlük və keyfiyyət prinsiplərinə əsaslanan “Kristal” bu gün yenilənmiş imici ilə həmin dəyərlərə sadiq qalaraq yoluna davam edir.