Skip links

“Crystal Group of Companies” ASC-nin Müşahidə Şurası yaradılıb

“Crystal Group of Companies” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ümumi yığıncağı keçirilib. Yığıncaqda şirkətin qarşısında duran bir sıra mühüm və cari vəzifələr, fəaliyyət istiqamətləri müzakirə edilib.

İclasda şirkətin fəaliyyətinin səmərəliliyinin artırılması, idarəçiliyin müasir korporativ standartlara uyğun şəkildə təkmilləşdirilməsi və “Crystal Group of Companies” ASC-nin fəaliyyətinə ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi məqsədilə Müşahidə Şurası, həmçinin İdarə Heyəti seçilib.

Tədbirdə qərara alınıb ki, Müşahidə Şurasının sədr də daxil olmaqla, 3 nəfərdən ibarət üzvü seçilsin. Müşahidə Şurasının sədri vəzifəsinə “Azəraqrartikinti” ASC-nin sədr müavini Pərviz Vəliyev seçilib.

“Crystal Group of Companies” ASC 20 ildən artıqdır ki, ölkənin beton, mebel istehsalı, tikinti-inşaat və plastik qapı-pəncərə sistemləri sahəsində fəaliyyət göstərir. Adıçəkilən sektorlarda, xüsusən də inşaat, beton və mebel istehsalı sektorunda layiqli yer tutan qabaqcıl şirkət respublika əhəmiyyətli bir sıra böyük layihələrin uğurlu icraçısı olub və ölkəmizin inşaat sektorunun çiçəklənməsinə öz layiqli töhfəsini verib.

Mənbələr:

https://azertag.az/xeber/crystal_group_of_companies_asc_nin_musahide_surasi_yaradilib-2934887

https://redaktor.az/news/country/233066-perviz-veliyev-yeni-vezifeye

https://modern.az/aktual/458030/crystal-group-of-companies-asc-nin-musahhide-shurasi-yaradildi/

https://unikal.az/news/421388/perviz-veliyev-crystal-group-of-companies-asc-nin-musahide-surasinin-sedri-secildi

https://ikisahil.az/post/500335-crystal-group-of-companies-asc-nin-mushahide-shurasi-yaradilib

https://moderator.az/az/cemiyyet/742183/crystal-group-of-companies-asc-nin-musahide-surasi-yaradilib/

Leave a comment