21 avqust tarixində “Crystal Group of Companies” ASC şirkətinin iclas salonunda Bitrix 24 proqram təminatının tətbiq olunması ilə bağlı təlim keçirilib. Məlumat üçün qeyd edək ki, əksər şirkətlərdə uğurla tətbiq edilən Bitrix 24 proqramı şirkətlərin işçilərinin ümumi bir sistemdə işləmələri üçün, daxil olan zənglərin və sosial şəbəkələr üzrə müraciətlərin təhlili və lazım olduqda şirkət daxilində ümumi intizamın formalaşması üçündür.
Təlim biznesin inkişafı üzrə mütəxəssis Ləman Rəzzaqlı və “Crystal Group of Companies” ASC-nin Keyfiyyət İdarəetmə Sistemi üzrə aparıcı mütəxəssisi Şəmistan Səlimli tərəfindən aparılıb. Sonda, şirkət əməkdaşlarını maraqlandıran suallara cavablandırıldı.
Qeyd edək, şirkətimiz bir müddətdir ki, dünyanın 180-dan çox ölkəsində, 1 milyondan çox şirkətində tətbiq olunan İSO sisteminə keçməyə hazırlaşır.
Növbəti təlim avqust ayının 24-də baş tutacaq.